Qardaşını bıçaqlayan şəxsə hökm oxunub

Qardaşını bıçaqlayan şəxsə hökm oxunub
# 10 aprel 2017 14:13 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını bıçaqlamada təqsirləndirilən Kamran Əlicanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, K. Əlicanov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyulunda Abşeron rayonu Qobu qəsəbəsində baş verib. Qəsəbə sakini 39 yaşlı Kamran Əlicanov qardaşı Qılman Əlicanovu aralarında yaranmış münaqişə zəminində bıçaqlayıb. Xəstəxanaya çatdırılan Q. Əlicanovu xilas etmək mümkün olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR