Dmitri Peskov: "Rusiya Suriya ordusunu "İŞİD"ə müqavimət göstərə biləcək yeganə qüvvə sayır"

Dmitri Peskov: "Rusiya Suriya ordusunu "İŞİD"ə müqavimət göstərə biləcək yeganə qüvvə sayır"
# 10 sentyabr 2015 12:21 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Rusiya Suriya ordusunu "İŞİD"ə müqavimət göstərə biləcək yeganə qüvvə hesab edir”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O bildirib ki, Rusiya tərəfi dəfələrlə əsas təhdidlərin "İŞİD"in nəzarət altında olan ərazilərdən gəldiyini bəyan edib: “Ona görə də onlara müqavimət göstərə biləcək yeganə qüvvə Suriya Silahlı Qüvvələridir. Buna görə də təbii olaraq, Rusiya hesab edir ki “İslam dövləti” adlanan bu təhlükəli qrupla mübarizə aparmaq üçün Suriya hakimiyyətinə yardım edilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR