Meksika ilə sərhəddə vəziyyət ABŞ Konqresində müzakirə olunub

Meksika ilə sərhəddə vəziyyət ABŞ Konqresində müzakirə olunub
# 07 mart 2019 07:54 (UTC +04:00)

ABŞ-ın Daxili təhlükəsizlik naziri Kirsten Nilsen cənub sərhədində fövqəladə vəziyyətin elan olunması zərurətindən danışıb.

ONA-nın TASS-a istinadən yaydığı xəbərinə görə, Nilsen bu haqda Konqredə çıxışı zamanı deyib.

Konqresmenlərin suallarına cavab verərkən o bəyan edib: “Mən artıq bizim ölkəyə kimlərin daxil olması haqda sizə məlumat verə bilmirəm və bu hal milli təhlükəsizliyə zərər kimi dəyərləndirilməlidir”.

Qeyd edək ki, Konqresin demokrat çoxluğu prezident Trampın fövqəladə vəziyyətin elan olunması qərarına qarşı çıxır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR