Parisdə 200 etirazçı saxlanılıb

Parisdə 200 etirazçı saxlanılıb
# 01 may 2018 20:03 (UTC +04:00)

Fransanın paytaxtı Parisdə etirazçılarla polis arasında toqquşmalar olub.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, 1 May mitinqinə qatılan 1200-dək anarxist mağaza və restoranların şüşələrini qırmağa, polisə “Molotov” kokteyli və fişəng atmağa başlayıb. Polis, öz növbəsində, etirazçılara gözyaşardıcı qazdan istifadə edib.

“RİA Novosti”nin polisə istinadən verdiyi xəbərə görə, Parisdə etiraz və qarşıdurmalar zamanı 200 etirazçı saxlanılıb, onlardan 40 nəfəri polis şöbələrinə aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR