Azərbaycan nümayəndə heyəti GUAM PA-nın tədbirlərinə qatılacaq

Azərbaycan nümayəndə heyəti GUAM PA-nın tədbirlərinə qatılacaq
# 24 iyun 2015 12:38 (UTC +04:00)

Parlamentdən APA-ya verilən məlumata görə, qurumun təşkilatçılığı ilə keçirilərək “Avropada təhlükəsizlik: cari vəziyyət və siyasət qurucuları üçün dərslər” mövzusundakı konfransda millət vəkili Elton Məmmədov çıxış edəcək.

Tədbirə Azərbaycan nümayəndə heyətləri ilə yanaşı, Baltik Assambleyasının, Benilüks Parlamentinin, Şimal Şurasının, Vişeqrad qrupunun, digər beynəlxalq təşkilatların təmsilçiləri də qatılacaqlar. Səfər çərçivəsində deputatlarımız, həmçinin, GUAM PA-nın Siyasi və hüquqi məsələlər üzrə komitəsində də iştirak edəcəklər. Toplantıda GUAM ərazisindəki münaqişələrin siyasi-hüquqi aspektləri, beynəlxalq təşkilatlarda quruma üzv ölkələrinin mövqelərinin möhkəmləndirilməsi, birgə bəyanatların reallaşdırılması, GUAM-la digər beynəlxalq və regional təşkilatlar arasında əməkdaşlığın inkişafı, bu sahədə milli parlamentlərin, parlamentlərarası qurumların rolu və digər məsələlər müzakirə olunacaq. Səfər iyunun 28-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR