Rusiya BMT TŞ-də ABŞ-ın Suriyaya dair qətnaməsini bloklayıb

Rusiya BMT TŞ-də ABŞ-ın Suriyaya dair qətnaməsini bloklayıb
# 16 noyabr 2017 23:49 (UTC +04:00)

Rusiya BMT TŞ-də ABŞ-ın Suriyada kimyəvi hücumların araşdırılması üzrə missiyanın mandatının uzadılmasına dair qətnaməsini bloklayıb.

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, BMT və Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (KSQT) Suriyada kimyəvi hücumların araşdırılmasına dair birgə mexanizm 2015-ci ildə yaradılıb. 2016-cı ildə qeyd olunan mandatın müddəti bir illik uzadılıb. Onun müddəti noyabrın 17-si başa çatır.

Qeyd edək ki, səsvermə başlamazdan əvvəl Rusiya özünün hazırladığı qətnamə layihəsini geri çağırıb.

Xatırladaq ki, Rusiya 24 oktyabr tarixində də Suriyada kimyəvi hücumların araşdırılması üzrə missiyanın mandatının uzadılmasına dair qətnaməsini bloklayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR