Bank Of Baku

Əlyazmalar İnstitutunda Elmmetrik məlumat bazası yaradılıb

Əlyazmalar İnstitutu

© APA | Əlyazmalar İnstitutu

# 31 yanvar 2022 11:53 (UTC +04:00)

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Elmmetrik məlumat bazası yaradılıb.

AMEA-dan APA-ya bildirilib ki, elektron baza institutun alim və mütəxəssislərinin elmi tədqiqat və nəşr fəallığının elmmetrik göstəricilərini (1950-2021-ci illər üzrə) geniş istifadəçi kütləsinə çatdırmaq, əməkdaşların müəssisədə işlədikləri dövrdə nəşr olunmuş, müdafiəyə çıxarılmış əsərləri haqqında bibliometrik məlumat vermək məqsədilə yaradılıb. Bu istiqamətdə 2019-cu ildən etibarən aparılan işlərin nəticəsində bazaya 70 ildən artıq müddət ərzində işıq üzü görmüş 7 minə yaxın əsərin ümumiləşdirilmiş elmmetrik məlumatı və biblioqrafik təsviri daxil edilib.

Bazanın biblioqrafik tərkibi kitablar, o cümlədən monoqrafiyalar, müəllif əsərləri, tərcümələr, transliterasiyalar, dərs vəsaitləri, kataloqlar, biblioqrafiyalar, arxiv təsvirləri, jurnal məqalələri, mətbu məqalələr, məruzə və tezislər, müqəddimələr, çıxışlar, dissertasiya işləri və avtoreferatlar haqqında məlumatlardan ibarətdir. Hazırda elektron bazaya yeni materialların (2020-2021-ci illərdə nəşr olunmuş əsərlərin biblioqrafik təsvirlərinin) daxil edilməsi işi aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR