Ağstafa sakinini bıçaqlayan şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Ağstafa sakinini bıçaqlayan şəxsin kimliyi məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 13 mart 2017 04:15 (UTC +04:00)

Ağstafa rayon sakinini bıçaqlayan şəxsin kimliyi məlum olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Köçəsgər kənd sakini, 1978-ci il təvəllüdlü ƏIiyev Ayazı onun əmisi qızı, 1961-ci il təvəllüdlü Əliyeva Mahirə Cavad qızı bıçaqlayıb.

İlkin ehtimala görə, hadisə şəxsi mübahisə zəminində baş verib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

00:05

Ağstafa rayon sakini xəsarətlə xəstəxanaya yerləşdirilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Köçəsgər kənd sakini 1978-ci il təvəllüdlü ƏIiyev Ayaz Nizami oğlu sol kürək nahiyəsinin iti alətlə kəsilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. A.Əliyevin münaqişə zəminində qohumu olan qadın tərəfindən bıçaqlandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR