Azərbaycanın Gürcüstandakı səfiri energetika naziri ilə görüşüb

Azərbaycanın Gürcüstandakı səfiri energetika naziri ilə görüşüb
# 02 fevral 2017 19:20 (UTC +04:00)

Gürcüstanın baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze və Azərbaycanın bu ölkədəki səfiri Dursun Həsənov arasında bu gün görüş keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə energetika nazirliyindən bildirilib. Görüşdə K. Kaladze Azərbaycanın yeni təyin olunan səfiri D. Həsənovu təbrik edərək, uğurlar arzulayıb. K. Kaladze Gürcüstan və Azərbaycanın bütün sahələrdə əlaqələrinin və münasibətlərin inkişafından danışıb. O, qeyd edib ki, Azərbaycan Gürcüstanın energetika sahəsində ən vacib strateji tərəfdaşıdır. Tərəflər ölkələrimiz arasında energetikanın inkişafından və qaz anbarının tikintisindən danışıblar.

D. Həsənov təbrikə görə Kaxa Kaladzeyə minnətdarlığını bildirərək Azərbaycan və Gürcüstanın tarixi dostluğu haqqında fikirlərini bildirib. O, Azərbaycan və Gürcüstan ərazisindən keçən beynəlxalq miqyaslı layihələrin həyata keçirilməsinin vacibliyindən və buna görə də ölkələrimizin münasibətlərinin daha da möhkəmləndiyindən söhbət açıb.

Azərbaycan səfiri Heydər Əliyevin uzaqgörən xarici və daxili siyasətinin hər iki ölkənin gələcəyinə möhkəm təməl olduğunu bildirib.

Tərəflər görüş çərçivəsində hər iki ölkənin maraqlarını ifadə edən vacib fikir mübadiləsi aparıblar, gələcək perspektivlərin əhəmiyyətini qeyd ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR