Rusiyalı vokalçı Larisa Andreyeva “Karmen” operasında çıxış etmək üçün Bakıya gələcək - FOTO

Rusiyalı vokalçı Larisa Andreyeva “Karmen” operasında çıxış etmək üçün Bakıya gələcək - <span style="color: red;">FOTO
# 14 may 2013 09:23 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva - APA. Mayın 25-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Jorj Bizenin “Karmen” operasının tamaşası keçiriləcək.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşada ilk dəfə olaraq Karmen partiyasını Rusiyalı vokalçı, M.İ.Qlinka adına və Beynəlxalq “Bellini” müsabiqəsinin “Qran-Pri” mükafatı və qızıl medalının sahibi Larisa Andreyeva ifa edəcək.

Tamaşada L.Andreyeva ilə yanaşı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri - Azərbaycanın xalq artisti Əli Əsgərov (Suniqo), əməkdar artist İnarə Babayeva (Mikaella), həmçinin gənc və istedadlı vokalçılar - Vokalçıların Bülbül adına III Beynəlxalq müsabiqəsinin laureatı Fərid Əliyev (Xoze) və Anton Ferştandt (Eskamilio) çıxış edəcək. Tamaşanı xala artisti, professor Cavanşir Cəfərov idarə edəcək.

Qeyd edək ki, L.Andreyeva bir çox ölkələrin - Danimarka, Hollandiya, Almaniya, İspaniya, Fransa, İngiltərə, İtaliya, Portuqaliya və Yaponiyanın opera teatrlarında uğurlu qastrol səfərlərində olub. Portuqaliyanın Lissabon şəhərində keçirilən beynəlxalq opera festivalında Karmen rolunun ən yaxşı ifaçısı üçün təsis edilmiş prizə layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR