Bu il Kulevi terminalından daşınan neft məhsullarının həcmi 20% artıb

Bu il Kulevi terminalından daşınan neft məhsullarının həcmi 20% artıb
# 07 aprel 2015 11:42 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin birinci rübündə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Kulevi Neft Terminalından ümumilikdə 700 min metr/ton məhsul daşınıb.

APA-Economics”in terminalın saytına istinadən verdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınan hidrokarbon ehtiyatlarından 20% çoxdur.

Kulevi terminalı istifadəyə verilən dövrdən bu vaxtadək terminaldan ümumilikdə 18 mln. ton karbohidrogenlər və neft-kimya məhsulları daşınıb. Belə ki, həmin məhsulların 27,85%-ni yanacaq yağları, 21,63%-ni xam neft və 43,98%-ni qaz yağları təşkil edib. Bu həcmin 1,51%-i isə aviasiya kerosini, propilen və metanol kimi digər məhsulların payına düşüb.

Qeyd edək ki, Kulevi Neft Terminalı və limanı 2008-ci ilin mayında istismara verilib. Bu kimi məhsullar 2012-ci ildən bəri Qara dəniz terminalı vasitəsilə həyata keçirilən yeni layihənin nəticəsi olaraq ötürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR