Dünyanın əksər fond bazarlarında səhmlər bahalaşıb, qızıl ucuzlaşıb

Dünyanın əksər fond bazarlarında səhmlər bahalaşıb, qızıl ucuzlaşıb
# 18 fevral 2015 06:45 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,16% - 17 047,58 bəndədək, S&P 500 0,16% - 2 100,34 bəndədək, NASDAQ 0,11% - 4 899,27 bəndədək artıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,60% - 6 898,13 bəndədək, Fransa CAC-40-ı 0,04% - 4 753,99 bəndədək bahalaşıb, Almaniya DAX-ı isə 0,25% - 10 895,62 bəndədək ucuzlaşıb.

Asiya fond bazarında Nikkei 225 indeksi 0,95% - 17 258,21 bəndədək, Hang Seng 0,19% - 24 832,08 bəndədək, Shanghai 0,76% - 3 246,91 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyası 0,60 dollar ucuzlaşaraq 1 208 dollara, gümüş isə 0,09 dollar bahalaşaraq 16,47 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR