Adnan Hacızadə və Emin Milli barəsində başlanmış cinayət işi məhkəməyə göndərilib
26 avqust 2009 15:46 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Adnan Hacızadə və Emin Milli barəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib. Bu barədə APA-ya Respublika Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.
Təqsirləndirilən şəxslərin vəkili İsaxan Aşurov isə APA-ya açıqlamasında A. Hacızadə və E. Millinin məhkəmə istintaqının Səbail rayon Məhkəməsinin hakimi Araz Hüseynovun icraatında olduğunu bildirib.
Qeyd edək ki, A. Hacızadə və E. Milli bu il iyulun 9-da Bakıda yerləşən “Lebonese” restoranında baş vermiş insidentə görə saxlanılıblar. Onlar Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.2.1-ci maddələri ilə ittiham olunurlar. Səbail rayon Məhkəməsi A. Hacızadə və E. Milli barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Hadisə
Tovuzda su anbarında batan şəxsin axtarışları davam edir - VİDEO
13:04
24 may 2024
Ələsgər Məmmədli ev dustaqlığına buraxılmayıb
12:20
24 may 2024
Cəlilabadda 11 yaşlı qızın cərəyan vurması nəticəsində ölməsi faktı araşdırılır
12:05
24 may 2024
Naxçıvanda itlərə işgəncə verilməsinə şərait yaradan şəxslər saxlanılıb - VİDEO
11:33
24 may 2024