Azərbaycan mədənçıxarma sənayesində istehsalın həcmi 8% artıb

Azərbaycan mədənçıxarma sənayesində istehsalın həcmi 8% artıb
# 18 mart 2010 12:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk iki ayı ərzində Azərbaycan sənayesində daha böyük xüsusi çəkiyə malik olan mədənçıxarma sənayesində istehsalın həcmi 3,6 mlrd. manat olmaqla ötən ilin müvafiq dövrünün səviyyəsini 8% qabaqlayıb.

Dövlət Satistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin yanvar-fevral aylarında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən 6,6 mln. ton neft və 1,8 mlrd. kubmetr əmtəəlik təbii qaz hasil edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ABƏŞ neft hasilatını 10,3% artırıb, qaz hasilatını isə 6,3% azaldıb.

Bundan başqa, hesabat dövründə qızılın hasilatı davam etdirilib və ötən iki ayda mədənlərdən 195 kq qızıl hasil edilərək təmizlənməyə göndərilib.

Mədənçıxarma bölməsində fəaliyyət göstərən sahibkarlar tərəfindən yanvar-fevral aylarında 103,4 min ton çınqıl, qırma daş, xırda çay daşı, 59,6 min ton tikinti qumu, 4,2 min ton inşaat üçün əhəng daşı və s. istehsal edilib. Duzun hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,5% çoxalaraq 480,6 ton təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR