Balakən rayonunda qətl hadisəsi baş verib

Balakən rayonunda qətl hadisəsi baş verib
# 27 oktyabr 2010 08:06 (UTC +04:00)
Balakən. Vüqar Heydərov – APA. Azərbaycanın Balakən rayonunda qətl törədilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon Prokurorluğundan bildirilib.

Hadisə ötən gecə rayon mərkəzində yerləşən “Nərmin” şadlıq sarayında, toy mərasimində baş verib. 19 yaşlı Eyvaz Osmanov münaqişə zəminində həmyaşıdı Laçın Şabanovu bıçaqlayıb. L. Şabanov aldığı bıçaq xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib.

Hadisə yerinə gələn polis əməkdaşları E. Osmanovu şübhəli şəxs qismində saxlayıblar.

Faktla bağlı Balakən rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR