Bu gündən Palçıq Vulkanları Turizm Kompleksinə biletlər satışa çıxarılır - FOTO

Bu gündən Palçıq Vulkanları Turizm Kompleksinə biletlər satışa çıxarılır - FOTO
# 14 iyun 2024 14:52 (UTC +04:00)

Abşeron ərazisində yerləşən Palçıq Vulkanları Turizm Kompleksinə gəlmək üçüb biletlər bu gündən satışa çıxarılır.

"APA-Economics" xəbər verir ki, bunu Kompleksə mediatur zamanı jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin tabeliyində Qoruqları İdarəetmə Mərkəzinin idarə heyətinin sədri Murad Ağabəyli deyib.

O, bildirib ki, biletlərin qiyməti xarici turistlər üçün 15 manat, yerli turistlər üçün isə 5 manat olacaq:

"Kompleksə giriş müxtəlif kateqoriyalı insanları nəzərə alaraq, əlillər, qazi və şəhid övladları və məktəblilər üçün tam ödənişsiz nəzərdə tutulub. Biletləri iticket.az saytından və kompleksə gələrək əldə etmək mümkündür".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR