DTA: Azərbaycanda dövlət qoruqlarının gəlirləri 162% artıb

DTA: Azərbaycanda dövlət qoruqlarının gəlirləri 162% artıb
# 14 iyun 2024 14:53 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında ötən ilin eyni dövrü ilə müqayisədə Dövlət Turizm Agentliyində olan qoruqlara gələn yerli turistlərin sayı 52% artıb.

"APA-Economics" xəbər verir ki, bunu Palçıq Vulkanları Turizm Kompleksinə mediatur zamanı jurnalistlərə açıqlamasında Agentliyin tabeliyində Qoruqları İdarəetmə Mərkəzinin idarə heyətinin sədri Murad Ağabəyli deyib.

O, bildirib ki, 5 ayda sözügedən qoruqlara xarici turist axını 80%-dən çox artıb:

"Ümumi qoruqların gəlirində bu il 162% artım var".

"Bu il Palçıq Vulkanları Turizm Komleksinə 200 mindən çox turistin gələcəyini planlayırıq. Bu say digər qoruqlara baxanda daha artacaq", - deyə M.Ağabəyli əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR