Pentaqon rəhbəri: “Biz “İslam dövləti” ilə mübarizənin başlanğıcındayıq”

Pentaqon rəhbəri: “Biz “İslam dövləti” ilə mübarizənin başlanğıcındayıq”
# 27 sentyabr 2014 16:38 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. “İslam Dövləti”nə qarşı mübarizə yalnız hava hücumları ilə yekunlaşmayacaq, ABŞ və müttəfiqlərinin üzərinə müxtəlif öhdəliklər götürməsini tələb edəcək.

APA-nın ABŞ Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bunu Pentaqon rəhbəri Çak Heygel deyib.

“Heç kim xəyal etmir ki, “İslam dövləti” yalnız hava hücumları ilə məhv etmək mümkün olacaq. Mübarizə strategiyasına yeni İraq hökuməti ilə əməkdaşlıqla yanaşı iqtisadi, diplomatik və kəşfiyyat komponentləri daxil edilməlidir. Bu mübarizə ABŞ və müttəfiqlərimizdən uzunmüddətli öhdəlik tələb edəcək”, - deyə o vurğulayıb.

Ç. Heygel bu mübarizənin asan və qısamüddətli olmayacağını vurğulayıb: “Biz “İslam dövləti” ilə mübarizənin başlanğıcındayıq. Bu son deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR