DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş ediblər - FOTOSESSİYA

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş ediblər - <span style="color: red;">FOTOSESSİYA
# 09 may 2016 12:06 (UTC +04:00)

Bakı-APA. Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Heydər Əliyevin anadan olmasının 93 illiyi münasibəti ilə “Heydər zirvəsi”nə yürüş ediblər.

APA-nın DTX-nin saytına istinadən verdiyi məlumata görə, yürüş iştirakçıları olan DTX əməkdaşları əvvəlcə Fəxri xiyabana gələrək Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər, məzarı önünə gül dəstələri düzüblər.

Sonra Bakı şəhərindən Heydər Əliyevin adını daşıyan Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən və hündürlüyü 3751 metr olan “Heydər zirvəsi”nə yürüşə başlanılıb. Yürüş Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivinin ətəklərində davam edib və çətin keçidləri olan zirvəyə qalxmaq üçün hazırlıq məqsədi ilə həmin ərazidə düşərgə salınıb. Qeyri-sabit və qarlı-şaxtalı hava şəraitinə baxmayaraq, yürüş iştirakçıları tam heyətdə yüksək idman əhval-ruhiyyəsi ilə mayın 8-də Ulu Öndərin adını daşıyan “Heydər zirvəsi”nə qalxaraq Ümummilli Liderin əziz xatirəsini yad ediblər və Azərbaycanın Dövlət Bayrağını ucaldıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR