Bakı-APA. Meksikanın Syudad-Altamirano şəhərinin (Qerrero ştatı) meri Ambrosio Soto qətlə yetirilib.
APA-nın AP agentliyinə istinadən verdiyi xəbərə görə, şəhər narkotik alverçilərin məskəni kimi tanınır.
Bir gün əvvəl isə San-Xuan-Çamula şəhər (Çyapas ştatı) merinin güllələndiyi bildirilir.
Qeyd olunur ki, son 10 ildə Meksikada 75 şəhər meri qətlə yetirilib.