Mingəçevirdə silah-sursat tapılıb

Mingəçevirdə silah-sursat tapılıb
# 07 yanvar 2016 09:54 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Mingəçevir şəhərində silah-sursat aşkarlanıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, polis əməkdaşları tərəfindən şəhər ərazisindən 2 ədəd kustar üsulla hazırlanmış tapança, 2 ədəd qumbara, 57 ədəd müxtəlif çaplı patron, 2 ədəd alışdırıcı, 1 ədəd patron darağı və mexaniki elektrik ötürücüsü aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR