FHN Neftçalada baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb

FHN Neftçalada baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb
# 25 mart 2016 21:22 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyi martın 25-də Neftçalada baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Neftçala rayonu, Xıllı qəsəbəsində “Mercedes” markalı minik avtomobili ilə “Kamaz” markalı yük avtomobilinin toqquşması haqqında məlumat daxil olub.

Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü, 1958-ci il təvəllüdlü Məlahət Mirzəağa qızı Mehdiyeva vəfat edib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin xilasediciləri tərəfindən M.Mehdiyevanın cəsədi avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 22:55-də başa çatıb.​

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR