Rusiya neft hasilatının dondurulmamasına görə ərəb ölkələrini günahlandırıb

Rusiya neft hasilatının dondurulmamasına görə ərəb ölkələrini günahlandırıb
# 18 aprel 2016 14:52 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Qətərin paytaxtı Dohada baş tutan görüşdən öncə son anda bəzi iştirakçıların mövqeyini dəyişməsi neft hasilatının dondurulması ilə bağlı razılığın əldə olunmasına əngəl törətdi". "APA-Economics" xəbər verir ki, bu barədə NTV telekanalına müsahibəsində Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

Nazir bildirib ki, söhbət Səudiyyə Ərəbistanından və bəzi Fars körfəzi ölkələrindən gedir: "Onlar təklif etdi ki, neft hasilatının dondurulması ilə bağlı təşəbbüsə mütləq şəkildə görüşdə iştirak etməyən ölkələr də qoşulsun. Söhbət İran və Liviyadan gedir".

Xatırladaq ki, ötən gün baş tutan 6 saatlıq görüşdə neft hasilatının "dondurulması" ilə bağlı razılığa gəlmək mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR