Ovannisyan: "Ermənistanda yeni silahlı qruplaşmalar yarana bilər"

Ovannisyan: "Ermənistanda yeni silahlı qruplaşmalar yarana bilər"
# 03 avqust 2016 13:12 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Əgər Ermənistanda normal siyasi proseslər vasitəsilə fövqəladə xarakterli məsələlərin həllinə nail olmasaq, ölkədə “Sasna çrer” adlı yeni silahlı qruplaşmalar yaranacaq”.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın müxalif “İrs” partiyasının lideri Raffi Ovannisyan deyib.

O bildirib ki, hər bir Ermənistan vətəndaşı “Sasna çrer” üzvü ola bilər: “Lakin onlar bizim ölkəmizi işğal edən qalstuklu terrorçulara qarşı vuruşan antiterrorçular olacaq. Əgər indiki vəziyyətin dəyişməsinə nail olmasaq, o zaman heç kim sərhədlərimizdəki itkilərə təəccüblənməsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR