Bakıda 22 yaşlı oğlan göldə batıb

Bakıda 22 yaşlı oğlan göldə batıb
# 18 aprel 2016 09:35 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda 22 yaşlı oğlan göldə batıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 16-da Bakı şəhəri, Qaradağ rayonu ərazisindəki göldə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 3 km aralı, nəzarətsiz ərazidə) batan 1994-cü il təvəllüdlü Muradov Kənan Cəlal oğlunun cəsədi nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR