Bakıdan Misirin daha bir məşhur turistik şəhərinə aviareys açıla bilər

Bakıdan Misirin daha bir məşhur turistik şəhərinə aviareys açıla bilər
# 16 may 2016 11:30 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. "Misirin hava yolları təhlükəsizdir, çünki biz bütün beynəlxalq təhlükəsizlik norma və prosedurlarına tam əməl edirik".

Bunu APA-ya açıqlamasında "Air Cairo" aviaşirkətinin kommersiya direktoru Fathy Attia bildirib.

Bakıdan Şarm-əl-Şeyxə birbaşa aviareysin açılmasını xatırladan kommersiya direktoru qeyd edib ki, bazarın tələblərinə uyğun olaraq gələcəkdə Misirin başqa regionlarına aviareyslərin açılması da nəzərdə tutulub: "Əlbəttə ki, bazarın tələblərinə uyğun olaraq uçuşların sayını artıracağıq. Bazar şərtləri Şarm-əl-Şeyxə yerinə yetirilən uçuşların sayının artırılmasını, habelə Qahirə, Hurqada kimi şəhərlərə uçuşların həyata keçirilməsini tələb edərsə, biz bunu dərhal edəcəyik. Şarm-əl-Şeyxdən sonra məşhur turistik məkan Hurqadaya aviareys açıla bilər. Biz iki ölkəni bir-birinə bağlamaq üçün burdayıq. "SilkWay Travel" "Air Cairo" şirkətini Azərbaycanda təmsil edir. Onlar bizə burdakı tələblər barədə məlumat verəcək və biz də dərhal tələb olunanı edəcəyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR