“Ölülər”in gürcü dilində nəşrinin təqdimatı olub

“Ölülər”in gürcü dilində nəşrinin təqdimatı olub
# 14 sentyabr 2016 11:23 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Atatürk Mərkəzində Cəlil Məmmədquluzadənin “Ölülər” pyesinin gürcü dilində nəşrinin təqdimatı keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən mərkəzin sədri, millət vəkili Nizami Cəfərov C. Məmmədquluzadənin Azərbaycan ədəbiyyatındakı mövqeyindən, ədibin "Ölülər" pyesinin gürcü dilinə tərcümə edilməsinin əhəmiyyətindən danışıb.

N. Cəfərov qeyd edib ki, Anna Partkulaşvili tərəfindən tərcümə olunan əsər Gürcüstan-Azərbaycan ədəbi əlaqələrinin genişlənməsinə, azərbaycanlı müəlliflərin qonşu ölkədə təbliğinə töhfə verəcək.

Millət vəkili Qənirə Paşayeva isə “Ölülər”in gürcü dilində çap olunmasını ədəbi hadisə adlandırıb. O qeyd edib ki, Azərbaycan klassiklərinin müxtəlif dillərə tərcümə olunması hər zaman aktual məsələdir, bu təşəbbüslər müxtəlif layihələr şəklində davam etdirilməlidir.

“Dünya ədəbiyyatı” jurnalının baş redaktoru Seyfəddin Hüseynli, Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza, Gürcüstan səfirliyinin təmsilçiləri tərcüməçi A. Parktulaşvilinin təmənnasız tərcüməsini, yüksək qiymətləndirib, müəllifə tərcümə sahəsindəki fəaliyyətində uğurlar arzu ediblər.

Qeyd edək ki, “Elm və təhsil” nəşriyyatında 300 tirajla işıq üzü görən kitab Gürcüstanın Azərbaycandakı səfirliyinə, Gürcüstanın ədəbi və mədəniyyət təşkilatlarına göndəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR