İntensiv yağan yağışlar nəticəsində Pirsaat su anbarında suyun səviyyəsi kritik həddə çatıb

İntensiv yağan yağışlar nəticəsində Pirsaat su anbarında suyun səviyyəsi kritik həddə çatıb
# 18 aprel 2016 12:48 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı - APA. Güclü yağışlar nəticəsində yaranan sel suları Hacıqabul rayonunun bəzi kəndlərində fəsadlar törədib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şamaxı ərazisində yağan intensiv yağışlar Hacıqabul rayonunda yerləşən Pirsaat su anbarında suyun səviyyəsini kritk səviyyəyə çatdırıb.

Rayonun Rəncbər kəndi istiqamətində bəzi əraziləri su basıb. Yerli qurumlar, o cümlədən rayon Fövqəladə Hallar Komissiyası, Hacıqabul Meliorasiya və Su Təsərrüfatı İdarəsi fəsadların aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirir.

Proqnozlara görə, sel sularının bir müddət sonra daha çox intensivləşməsi və çoxalması gözlənilir. Su anbarında 30 sm ehtiyat səviyyə qalıb. Ehtiyac yaranarsa, su anbarında digər ehtiyat şlüzlər də açıla bilər.

Hazırda sel sularının qarşısının alınması üçün əlavə tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR