Yığmamızın hücumçusu A seriyasının qalibi ilə müqavilə bağlayır

 Yığmamızın hücumçusu A seriyasının qalibi ilə müqavilə bağlayır
# 18 may 2016 11:35 (UTC +04:00)

Bakı – APA. Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova karyerasını Avropada davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, 26 yaşlı hücumçu Asiyanı tərk edib, İtaliyada çıxış etmək istəyindədi.

İtaliyalı həmkarlarımızın yazdığına əsasən, yığmamızın oyunçusu A seriyasının qalibi “Konegliano” danışıqlara start verib. Çempionlar Liqasında oynayacaq komanda özü də Rəhimovanın transferində maraqlıdı. Əgər danışıqlar müsbət yekunlaşsa, Polina 1 illik müqaviləyə imza atacaq.

Qeyd edək ki, hücumçu 2014-cü ildə Cənubi Koreyanın “Hyundai” klubuna transfer olunub və 2015/2015 mövsümünü Yaponiyanın “Toyota” klubunda keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR