Gürcüstan. Nizami Məmmədzadə-APA. Amerikanın sabiq prezidenti Reyqanın Gürcüstan paytaxtındakı abidəsinin üstünə boya töküblər. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın daxili işlər nazirliyindən bildirilib. Məlumata görə, patrul polisi 1956-cı təvəllüdlü D. David sabiq ABŞ prezidenti Ronald Reyqanın Tiflisdəki Rike parkındakı abidəni ağ rəng ilə rəngləyərkən saxlayıb.
Faktla bağlı Gürcüstan CM-nin 187-ci maddəsi ilə istintaq tədbiri başlayıb. Zərərin həcmini hesablamaq üçün ekspertlər təyin olunub.