Şirvanda 9 yaşlı uşaq kanalda boğulub - YENİLƏNİB

Şirvanda 9 yaşlı uşaq kanalda boğulub - <span style="color: red;">YENİLƏNİB
# 21 aprel 2016 08:11 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı - APA. Şirvanda 9 yaşlı uşaq kanala düşərək boğulub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, aprelin 20-də axşam radələrində Şirvan sakini, 2007-ci il təvəllüdlü Əhmədov Şükür Fəxrəddin oğlu ərazidən keçən Baş Şirvan kollektoruna düşüb.

Hazırda uşağın meyitinin axtarışları Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə qrupu tərəfindən axtarılır.

Ş. Əhmədov Şirvan şəhər 11 saylı orta məktəbin 2-cü sinfində oxuyurdu.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

***

saat 08.55

Bakı – APA. Fövqəladə ə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şirvan şəhərində su kanalında 1 nəfərin batması barədə məlumat daxil olub.

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və vətəndaşın axtarışlarına başlanıb. Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR