Hindistanın daxili işlər naziri Pakistanı ittiham edib

Hindistanın daxili işlər naziri Pakistanı ittiham edib
# 18 sentyabr 2016 15:53 (UTC +04:00)

Bakı-APA. Hindistan daxili işlər naziri Racnatx Sinqx Kəşmirin Hindistana məxsus hissəsində silahlıların hərbi düşərgəyə hücum etməsi ilə əlaqədar Pakistana qarşı sərt bəyanat verib.

APA-nın “RİA Novosti’ agentliyinə istinadən verdiyi məlumata görə, R. Sinqx Pakistanı beynəlxalq arenada təcrid etməyə çağırıb.

Daxili işlər naziri “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, Baramulla dairəsinin Uri şəhərində hərbi düşərgəyə hücum edənlər yaxşı silah və sursatla təchiz ediliblər. Hücum edənlərin yerli silahlılar, yoxsa Pakistandan gələnlər olduğunu dəqiqləşdirməyən R. Sinqx bununla belə, Pakistanı “terrorçu dövlət” adlandırıb və dünya dövlətlərini Pakistanı beynəlxalq arenada təcrid etməyə çağırıb: “Mən Pakistanın terrorizmə və terrorçu qruplara dəstəyini davam etdirməsindən dərin məyusam”.

Qeyd edək ki, bu gün saat 05.30 radələrində (Bakı vaxtı ilə saat 04.00) bir qrup silahlı Uri şəhərində hərbi düşərgəyə hücum edib. Döyüş bir neçə saat davam edib. Atışmada Hindistan ordusunun 17 hərbçisi ölüb, 4 silahlı məhv edilib. Hələlik heç bir qrup hücumla bağlı məsuliyyəti öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR