Gənclər Fondu Bayraq günü münasibətilə bir sıra tədbirlər keçirib

Gənclər Fondu Bayraq günü münasibətilə bir sıra tədbirlər keçirib
# 09 noyabr 2015 15:27 (UTC +04:00)

Bakı-APA. Noyabrın 9-da Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və Dövlət Bayraq Meydanının 5 illiyi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi tərəfindən bir sıra tədbirlər keçirilib. Gənclər Fondunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakıdakı ticarət mərkəzlərində uşaqlar üçün “Bayrağına boyan” aksiyası keçirib. Uşaqların üzünə boyalarla bayraq rəsmi çəkilmiş və hədiyyələr paylanılıb. Eyni zamanda, Dövlət Bayrağı Gününə həsr olunmuş foto-müsabiqənin qalibləri Dövlət Bayrağı Muzeyində mükafatlarla təltif edilib. İlk üç yerin qaliblərinə dəyərli hədiyyələr təqdim olunub.*

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR