Bakının mərkəzində qətl törədən şəxsə prokuror cəza istəyib

 Bakının mərkəzində qətl törədən şəxsə prokuror cəza istəyib
# 06 noyabr 2015 13:24 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı Elçin Çobanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə çıxış edən dövlət ittihamçısı E. Çobanovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses dekabrın 3-də təqsirləndirilən şəxsin son sözü ilə davam etdiriləcək.

Qeyd edək ki, yanvarın 6-da "Sahil" bağında Elçin Çobanov orada mübahisə zəminində it gəzdirən Həsən Həsənov və Orxan Məmmədzadəyə bıçaqla xəsarət yetirib. Həsən Həsənov hadisə yerində ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR