Qurban bayramı günlərində Azərbaycanda yol qəzalarında 9 nəfər ölüb, 47 nəfər xəsarət alıb

Qurban bayramı günlərində Azərbaycanda yol qəzalarında 9 nəfər ölüb, 47 nəfər xəsarət alıb
# 28 sentyabr 2015 08:56 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Qurban bayramı günlərində Azərbaycanda baş verən yol qəzalarının statistikası açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev APA-ya açıqlamasında bildirib ki, son 4 gündə respublikanın avtomobil yollarında 45 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 9 nəfər ölüb, 47 nəfər xəsarət alıb.

Baş vermiş yol qəzalarından 20-si piyadaların vurulması ilə bağlı olub. Nəticədə 5 nəfər ölüb, 16 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR