Rusiyanın Suriyadakı hərbi qruplaşması geri dönmək üçün hazırlıqlara başlayıb

Rusiyanın Suriyadakı hərbi qruplaşması geri dönmək üçün hazırlıqlara başlayıb
# 15 mart 2016 07:26 (UTC +04:00)

Bakı - APA. Rusiyanın Suriyadakı hərbi qruplaşmasının şəxsi heyəti prezident Vladimir Putinin qərarından sonra vətənə dönmək üçün hazırlıqlara başlayıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, Suriyanın Latakiya vilayəti ərazisində yerləşən, Rusiyaya məxsus Hmeymim aviabazasının personalı avadanlıqları, maddi-texniki vasitələri, əmlakı hərbi nəqliyyat təyyarələrinə yükləyir. “Aviabazanın texniki personalı təyyarələrin Rusiya Federasiyası aerodromlarına göndərilməsi üçün hazırlıqlar görür. Şəxsi heyət avadanlıqları, əmlakı və maddi-texniki vasitələri hərbi nəqliyyat aviasiyasına yükləməyə başlayıb”, - deyə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

Xatırladaq ki, V. Putin martın 14-də axşam müdafiə naziri Sergey Şoyqu və xarici işlər naziri Sergey Lavrovla görüşündə martın 15-dən etibarən Rusiyanın əsas hərbi qüvvələrinin Suriyadan çıxarılması barədə əmr verib. Bu hadisədən bir qədər sonra V. Putin və ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR