Bakı. Şəhriyar Əlizadə - APA. Bərdədə sirkə turşusu içən şəxs ölüb.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, noyabrın 21-də Bərdə rayonunda yaşayan Amil Quliyev ehtiyatsızlıqsan sirkə turşusu içib. Xəstəxanaya yerləşdirilmiş A. Quliyev noyabrın 22-də orada ölüb.
Faktla bağlı araşdırmalar aparılır.