Ağdaşda baş verən yol qəzasında iki nəfər ölüb

Ağdaşda baş verən yol qəzasında iki nəfər ölüb
# 28 oktyabr 2015 10:01 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Ağdaşda ağır yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə oktyabrın 27-də saat 21 radələrində Ağdaş şəhərində qeydə alınıb. Rayon sakini Şaiq Zinharovun idarə etdiyi “Mercedes” və Gəncə şəhər sakini Rəhman Əliyevin idarə etdiyi “VAZ-21063” markalı avtomobillər toqquşub. Nəticədə R.Əliyev və sərnişinləri Fəridə Zeynalova, Sabir Yusifzadə və qardaşı Hüseyn xəstəxanaya yerləşdirilib. R.Əliyev və Hüseyn orada ölüblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR