Həbsdən çıxan Hacıqabul sakini narkotiklə tutulub

Həbsdən çıxan Hacıqabul sakini narkotiklə tutulub
# 02 aprel 2018 15:36 (UTC +04:00)

Hacıqabul sakini narkotik vasitə ilə saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul şəhəri H.Həmidov küçəsi 181 ünvanında yaşayan1968-ci il təvəllüdlü Yusifov Elşən Xanəli oğlu polis tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış zamanı ondan narkotik vasitə olan 121 qram qurudulmuş marixuana və 14 qram tiryək götürülüb. Saxlanılan şəxs dəfələrlə məhkumluq həyatı yaşayıb, sonuncu dəfə ötən ilin oktyabrında həbsdən buraxılıb.

Faktla bağlı Hacıqabul rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR