Zaqatalada 48 yaşlı kişi 31 yaşlı qadın qohumu tərəfindən qətlə yetirilib - YENİLƏNİB - VİDEO

Zaqatalada 48 yaşlı kişi 31 yaşlı qadın qohumu tərəfindən qətlə yetirilib   - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 11 avqust 2015 22:13 (UTC +04:00)

Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, 48 yaşlı Qazıməhəmməd İbrahimovu onun qohumu, kənd sakini 1984-cü il təvəllüdlü Günel Ömər qızı İsgəndərova tərəfindən bıçaqlanaraq qətlə yetirildiyi məlum olub. Məlumatda bildirilir ki, qətl şəxsi münasibətlər zəminində baş verib. Qətlə yetirilən Qazıməhəmməd İbrahimov bir-neçə il əvvəl həyat yoldaşından ayrılıb. Qətli törədən Günel İsgəndərova 3-cü Tala kənd orta məktəbində idman müəlliməsi işləyir. Hal-hazırda körpə uşağı olduğu üçün analıq məzuniyyətindədir.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

**** 23.58

Zaqatala. Vüqar Heydərov-APA. Zaqatalada 48 yaşlı kişi qətlə yetirilib. Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, avqustun 11-i axşam 22 radələrində rayonun 3-cü Tala kənd sakini 1967-ci il təvəllüdlü Qazıməhəmməd Nəsrullah oğlu İbrahimovun döş qəfəsinin sol tərəfindən bıçaqlanaraq qətlə yetirilmiş meyiti xəstəxananın morquna daxil olub. Zaqatala rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun 3-cü Tala kəndində baş verib.

Hazırda Zaqatala RPŞ-nin və rayon prokurorluğunun əməkdaşları hadisənin hansı şəraitdə baş verməsini araşdırırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR