Prezident İlham Əliyev Hindistan xarici işlər nazirini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Hindistan xarici işlər nazirini qəbul edib - <span style="color: red;">YENİLƏNİB
# 04 aprel 2018 16:01 (UTC +04:00)

Prezident İlham Əliyev aprelin 4-də Hindistanın xarici işlər naziri, xanım Suşma Svaracın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, dövlət başçısı Hindistan xarici işlər nazirinin Qoşulmama Hərəkatı nazirlər konfransında iştirakının əhəmiyyətinə toxunaraq səfərin, eyni zamanda, ikitərəfli münasibətlərimizin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib.

Bakıda keçirilən Qoşulmama Hərəkatı çərçivəsində nazirlər konfransının əhəmiyyətinə toxunan Suşma Svarac Hindistanın bu təşkilatın təsisçi üzvü olduğunu vurğuladı və tədbirdə iştirakından məmnunluğunu ifadə edib.

Ölkələrimiz arasında tarixi əlaqələrin mövcud olduğunu deyən Suşma Svarac bu gün də ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirib, ticarət dövriyyəsinin böyük həcmdə artmasını əlaqələrin yaxşı göstəricisi kimi dəyərləndirib. O, ölkəsində genişmiqyaslı iqtisadi islahatların həyata keçirildiyini qeyd edərək bu sahədə Hindistanın böyük potensiala malik olduğunu dedi.

Nazir ölkəsinin Bakı-Tbilisi-Ceyhan layihəsində iştirakının önəmini vurğulayıb, eyni zamanda, digər sahələrdə də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirib.

Hindistanlı nazir ölkəsinin Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən “Şimal-Cənub” və “Cənub-Qərb” beynəlxalq nəqliyyat dəhlizi layihələrində əməkdaşlıq etməkdə maraqlı olduğunu vurğulayıb.

Öz növbəsində, ticarət dövriyyəsinin artmasından məmnunluğunu ifadə edən dövlət başçısı ölkələrimizin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, sərmayə qoyuluşu, ticarət, nəqliyyat, turizm sahələrində əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinin zəruriliyini qeyd edib.

Bakı-Tbilisi-Ceyhan qlobal layihəsində Hindistanın iştirakından məmnunluğunu bildirən prezident gələcəkdə Hindistanın digər şirkətlərinin Azərbaycan iqtisadiyyatında investor kimi iştirak edəcəyinə ümidvar olduğunu bildirib.

***

16.38

Prezident İlham Əliyev Hindistan xarici işlər naziri Suşma Svaracın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR