Baş nazirin müavini: "Saxta dərman satışı ilə məşğul olmaq ən böyük cinayətdir"

Baş nazirin müavini: "Saxta dərman satışı ilə məşğul olmaq ən böyük cinayətdir"
# 07 may 2018 12:08 (UTC +04:00)

"Saxtakarlıq heç kimə baş ucalığı gətirmir. Saxta dərman satışı ilə məşğul olmaq da ən böyük cinayətdir".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov bildirib.

Ə. Əhmədov deyib ki, saxtakarlığa qarşı hər kəs mübarizə aparmalıdır: "Bir neçə gün əvvəl saxta dərman satışı ilə məşğul olan qrup ifşa edildi. Belə hallara qarşı mübarizə qətiyyətlə davam etdiriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR