Azərbaycan dövlət borcunun ÜDM-ə nisbətinə görə MDB-də beşinci yerdədir

Azərbaycan dövlət borcunun ÜDM-ə nisbətinə görə MDB-də beşinci yerdədir
# 14 oktyabr 2016 05:56 (UTC +04:00)

Bakı - APA-Economics. Ümumdünya İqtisadi Forumu (World Economic Forum, WEF) novbəti &Qlobal rəqabətqabiliyyətlilik hesabatını& (Global Competitiveness Report) açıqlayıb.

&APA-Economics& xəbər verir ki, hesabatda 138 ölkənin iqtisadi durumu, maliyyə riskləri, o cümlədən borc yükü qiymətləndirilir.

Hesabatda ölkələrin dövlət borclarının ÜDM-lərinə nisbətən reytinqi də yer alıb. Məhz bu nisbət ölkənin borcuna yeni borclanmaya yol vermədən xidmət edə bilib-bilməyəcəyinə proqnozlaşdırmağa imkan verir.

Bu nisbətə görə MDB ölkələri arasında ilk yeri 80,2%-lik göstərici ilə Ukrayna tutur. İkinci yerdə Qırğızıstan (68,8%), üçüncü yerdə Ermənistan (46,6%), dördüncü yerdə Moldova (42%), beşinci yerdə isə Azərbaycan (36,1%) qərarlaşıb. Tacikistan və Qazaxstan müvafiq olaraq 35,9% və 23,3%-lə altıncı və yeddinci yerlərdə qərarlaşıb. Səkkizinci yerdə qərarlaşan Rusiyanın dövlət borcunun ÜDM-ə nisbəti 17,7% təşkil edir. Belarus, Türkmənistan, Özbəkistan kimi ölkələr üzrə informasiya yoxdur.

Bu stərici üzrə reytinqin ilk onluğunda qərarlaşan ölkələr isə bunlardır: Yaponiya (248,1%), Yunanıstan (178,4%), Livan (139,1%), İtaliya (132,6%), Portuqaliya (128,8%), Yamayka (124,3%), Kabo-Verde (119,3%), Butan (115,7%), Kipr (108,7%), Belçika (106,3%).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR