Azərbaycanda kommersiya banklarının xarici borclanması 2,4 dəfə azalıb

Azərbaycanda kommersiya banklarının xarici borclanması 2,4 dəfə azalıb
# 08 dekabr 2017 13:07 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən kommersiya bankların məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 3 mlrd. 678,7 mln. manat və ya 2,44 dəfə azalaraq 2017-ci ilin noyabrın 1-nə 2 550,3 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu ilin sentyabr ayı ilə müqayisədə oktyabrda bankların xarici borclanması 156,2 mln. manat və ya 5,77% azalıb.

Ümumiyyətlə, 2016-cı ilin dekabrı ilə müqayisədə bu ilin oktyabrında bankların məcmu xarici öhdəliklərin həcmi 4 mlrd. 674,5 mln. manat və ya 64,7% azalıb.

Qeyd edək ki, bankların məcmu xarici aktivlərin həcmi 2017-ci ilin noyabrın 1-nə 5 565,9 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1 mlrd. 916,2 mln. manat və ya 52,5% çoxdur. Məcmu xarici aktivlərin həcmində bu ilin sentyabr ayı ilə müqayisədə oktyabrda 297,7 mln. manat və ya 5,65%-lik artım baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR