"Moody`s" yaxın iki ildə Azərbaycan büdcəsinin defisitlə icra olunacağını proqnozlaşdırır

"Moody`s" yaxın iki ildə Azərbaycan büdcəsinin defisitlə icra olunacağını proqnozlaşdırır
# 08 sentyabr 2017 16:44 (UTC +04:00)

Azərbaycanın dövlət borcunun ÜDM-ə nisbəti 2014-cü ildəki 14,4%-dən 2016-cı ildə 50,7%-dək artıb. "APA-Economics" xəbər verir ki, bu barədə "Moody`s" beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda bildirilir.


Məlumatda vurğulanıb ki, bunun əsas səbəbləri manatın amortizasiyası və dövlət zəmanətli borcların artmasıdır.

Agentliyin proqnozuna əsasən, neftin qiyməti 45-55 dollar diapazonunda ticarət olunmağa davam edərsə, 2017-ci il dövlət büdcəsi 2,9% defisitlə icra olunduğu halda, 2018-ci ildə defisit 1,8% təşkil edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR