Bakıda 21 ədəd tüstü qumbarası tapılıb

Bakıda 21 ədəd tüstü qumbarası tapılıb
# 05 iyun 2018 17:42 (UTC +04:00)

Bu gün Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng Mərkəzi sistemindən Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinə Bakı şəhəri, Nərimanov rayonu, “Baksol yolu” ərazisində 21 ədəd tüstü qumbarasının tapılması barədə məlumat daxil olub.

ANAMA-dan APA-ya verilən xəbərə görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Keşlə Xətt Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Keşlə Xətt Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə "ADY Container" MMC-nin inzibati ərazisinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən 21 ədəd əl tüstü qumbarası (RDQ2-Ç) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Tüstü qumbaraları tapıldığı yerin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR