Qazaxda avtomobil aşıb, sürücü xəsarət alıb

Qazaxda avtomobil aşıb, sürücü xəsarət alıb
# 25 oktyabr 2017 15:08 (UTC +04:00)

Bakı-Qazax magistralında sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, yolun Qazaxbəyli kəndi ərazisində hərəkətdə olan “KİA” markalı maşın ulağı vurub, idarəetmə itdiyindən avtomobil yolun kənarına aşıb.

Qəza zamanı sürücü, Ağköynək kənd sakini, 1987-ci il təvəllüdlü Ədalət Mustafayev müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR