Goranboyda 3 nəfərin öldüyü qəzanın səbəbi məlum olub - YENİLƏNİB-2

Goranboyda 3 nəfərin öldüyü qəzanın səbəbi məlum olub - <span style="color: red;">YENİLƏNİB-2
# 02 may 2018 22:02 (UTC +04:00)

Goranboyda baş verən ağır yol nəqliyyat qəzasının səbəbi məlum olub.

DİN-nin mətbuat xidmətinin qərb regional qrupunun baş inspektoru Eşqin Qasımovun APA-nın qərb bürosuna verdiyi məlumata görə, ekspertiza müayinəsi zamanı məlum olub ki, qəzaya səbəb “Toyota Land Cruiser” markalı avtomobilin sürücüsü, 1960-cı il təvəllüdlü Füzuli Qasımovun sükan arxasında infarkt keçirməsi olub. Sürücü avtomobilə idarəetməni itirərək yolun qarşı tərəfinə çıxıb və “Niva” ilə toqquşub.

Ciddi xəsarət almayan F. Quliyev xəstəxanada həyat yoldaşının və digər avtomobildə olan bir nəfərində öldüyünü eşidərək ürək tutmasından orada keçinib.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.

***

22:06

Goranboy rayonunda ağır yol qəzası nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.

APA-nın qərb bürosunun məlumatına görə, Ağdam rayon sakini, 1960-cı il təvəllüdlü Quliyev Füzuli Şura oğlu həkimlərin səylərinə baxmayaraq xəstəxanada keçinib.

Qeyd edək ki, bundan əvvəl F.Quliyevin həyat yoldaşı, 1963-cü il təvəllüdlü Quliyeva Cəmilə Sovet qızı tibbi yardıma baxmayaraq Goranboy rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Xatırladaq ki, bu gün Goranboy rayonunda, Xan Qərvənd kəndinə gedən yolda “Niva” və “Toyota Land Cruiser” markalı minik avtomobilləri toqquşub.

***

19:38

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin kimliyi məlum olub.

APA-nın qərb bürosunun məlumatına görə, rayonun Xan Qərvənd kəndinə gedən yolda “Niva” və “Toyota Land Cruiser” markalı minik avtomobillərinin toqquşması nəticəsində Goranboy rayon sakini, 1972-ci il təvəllüdlü Süleymanov Əli Süleyman oğlu hadisə yerində ölüb.

Xəsarət alan 6 nəfər isə Goranboy rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Tibbi yardıma baxmayaraq, xəsarət alanlardan biri, Ağdam rayon sakini, 1963-cü il təvəllüdlü Quliyeva Cəmilə Sovet qızı dünyasını dəyişib.

Xəsarət alanlar arasında üç uşaq var, onların vəziyyəti normaldır. Digər iki nəfərin vəziyyəti isə orta-ağır kimi qiymətləndirilir.

*** 18.28

Goranboy rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, Xan Qərvənd kəndinə gedən yolda "Niva" və "Toyota Prado" markalı avtomobillərin toqquşması nəticəsində bir nəfərin öldüyü, 3 nəfərin xəsarət aldığı bildirilir.

Xəsarət alanlar Goranboy Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR