Xaçmazda yanğın olub

Xaçmazda yanğın olub
# 20 avqust 2015 14:11 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Bu gün günorta saatlarında Xaçmaz rayonunun Niyazabad kəndində yanğın hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, yanğın kənd sakini Qələmşah Şükürovun təsərrüfatında qeydə alınıb. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz dövlət Yanğından Mühafizə Hissələrinin Yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğın məhdudlaşdırılıb və yaxınlıqdakı yaşayış evinə keçməsinin qarşısı alınıb.


Hadisə zamanı vətəndaşa məxsus 500-ə yaxın ot bağlaması yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. Yanğının səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR