Yunanıstanda hərbi helikopter qəzaya uğrayıb.
APA-nın “lenta.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə yerli ANA agentliyi xəbər yayıb.
Bildirilir ki, qəza ölkənin şimalında, mürəkkəb relyefi olan dağlıq ərazidə baş verib. Hadisə nəticəsində 4 nəfər ölüb. Helikopterdə heyət və müşahidəçilərdən ibarət 5 zabit və çavuş olub. Bir qadın hərbçi sağ qalıb. O ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Hazırda xilasedicilər hadisə yerində helikopterin “qara qutu”sunu axtarırlar. Hadisənin baş verməsinin səbəbi hələlik məlum deyil.